Ana Sayfa > Karusel / Dünya > Tramp Qüdsdə ABŞ səfirliyinin “kiçik variantı”nın açılacağını bildirib

Tramp Qüdsdə ABŞ səfirliyinin “kiçik variantı”nın açılacağını bildirib


26-01-2018, 10:07. Yazar: Admin

 

tramp qudsde abs sefirliyinin kicik varianti nin acilacagini bildirib

ABŞ prezidenti Donald Tramp 2019-cu ildə Qüdsdə ABŞ səfirliyinin “kiçik variantı”nın  açılacağını bildirib.  

 

“Gələn il Qüdsdə ABŞ səfirliyinin “kiçik versiyası”nın açılacağını gözləyirik”, - deyə D.Tramp Davosda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bildirilib.

 

B.Netanyahu səfirliyin köçürülməsinə görə Trampa təşəkkürünü bildirib: “Bu əbədi xalqımızın qəlbində qalacaq tarixi bir qərardır”.   

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. 


Geri dön