Ana Sayfa > Karusel / Gündəm > Koronavirusa yoluxanlar sağalandan sonra bu xəstəliyə tutulurlar

Koronavirusa yoluxanlar sağalandan sonra bu xəstəliyə tutulurlar


7-04-2021, 10:20. Yazar: Admin

Koronavirusa yoluxanlar sağalandan sonra bu xəstəliyə tutulurlar

İngiltərədə koronavirusa yoluxan xəstələrin sağaldıqdan sonra səhhətlərində hansı problemlərin yaranması ilə bağlı Oksford Universiteti tərəfindən araşdırma aparılıb.

Qarabaginfo.az xəbər verir ki, araşdırmaya görə, koronavirusundan xilas olan hər üç xəstədən biri 6 ay ərzində nevroloji və ya psixiatrik bir beyin xəstəliyi ilə mübarizə aparır. Bu rəqəm qrip və ya oxşar xəstəliklər keçirənlərlə müqayisədə 44 faiz çoxdur.

Araşdırmaya rəhbərlik edən və “Financial Times”a danışan Oksford Universitetinin Psixiatriya fakültəsinin professoru Paul Harrison qeyd edib ki, bu xəstəliklərin bir çoxu kiçik xəstəliklər kimi qəbul edilsə də, əksər hallarda vəziyyət xroniki hal ala bilir:

“Pandemiya dövründə səhiyyə sisteminin nə qədər vacib olduğu ortaya çıxdı. Bu vəziyyətlə mübarizə aparmaq üçün səhiyyə sistemimizi yenidən nəzərdən keçirmək vacibdir”.


Geri dön