Ana Sayfa > Karusel / Siyasət > Hulusi Akarın dissertasiyası: amerikalı generalın “Azərbaycana dəbdəbəli səfər”i…
Hulusi Akarın dissertasiyası: amerikalı generalın “Azərbaycana dəbdəbəli səfər”i…6-04-2021, 21:27. Yazar: Admin |
Keçmiş diplomat, Türkiyə Cümhuriyyətinin Çikaqodakı sabiq konsulu Umut Acar “Twitter”də maraqlı paylaşım edib: “1919-cu ildə prezident Vilson general Ceyms Harbordu Anadolu və Cənubi Qafqazda vəziyyəti araşdırmaq üçün Türkiyəyə göndərib. On illər sonra Habordun hesabatı müdafiə naziri Hulusi Akarın doktorluq dissertasiyasının mövzusu olub”. Qarabaginfo.az xəbər verir ki, general Akarın həmin dissertasiyası – “Harbord Askeri Heyeti Raporu” (“Harbord Hərbi Heyətinin Hesabatı”) 2019-cu ildə kitab halında türk və ingilis dilində (“Harbord Military Mission Report”) nəşr olunub. Bəs Ceyms Harbordun 1919-ci ildə Azərbaycan Cümhuriyyətində gördükləri, görüşləri və qənaətləri nədir? “Azərbaycana dəbdəbəli səfər” adlı fəsildə qeyd olunur: “Son paytaxtda bir gün keçirtmək üçün dəmir yolu ilə Bakıya səfər təşkil olundu... Azərbaycanın Tiflisdəki diplomatik nümayəndəsi Qambiçizi (əslində, Cümhuriyyətin Gürcüstandakı səfiri Məmməd Yusif Cəfərov olub – Ə.R.) bizi səfərdə müşayiət etmək şərəfini qazandı. Rahatlığımız üçün o qədər əldən-ayaqdan düşürdülər ki, özlərinə ayırılacaq az vaxt qalırdı. Səhəri gözümüzü Rusiyanın yarım milyonluq müasir bir şəhəri olan Bakıda, Xəzər dənizinin böyük neft sahələrinin astanasında açdıq. Azərbaycanın böyük çöllərindən keçərək saat 11:00-a yaxın mənzilbaşına çatdıq. Bakıya gələrkən, böyük şeypur səsləri və tatar (azərbaycanlı – Ə.R.) musiqisi ilə qarşılaşdıq və vağzalda fəxri qarovul dəstəsi düzülmüşdü. Qatar pilləkənindən platformaya qədər xalı sərilmişdi və Azərbaycan Nazirlər Kabinəsini təmsil edən nümayəndə heyəti bizi avtomobillərin önündə qarşıladı. Bizi zəngin bir tatar neft maqnatı olan cənab Tağıyevin iqamətgahına apardılar. Qonaq olduğumuz evdə bizi Baş nazir cənab [Nəsib bəy] Yusifbəyli – çox təvazökar, sağlam düşüncəli, tatar mənşəli şəxs qarşıladı, onunla birlikdə hökumətinin idarəçilik planı, mənbələri, istəkləri və problemlərinə dair edən bir neçə saatlıq çox maraqlı bir söhbətimiz oldu. Əsasən, Bakıda bolşevizmə qarşı mübarizə, əmək məsələsi və neft sənayesi ilə məşğuldurlar. Konstitusiyalarının Azərbaycandakı yaxşı idarəçiliyi əngəlləyən xüsusiyyəti Nazirlər Kabinəsinin yalnız siyasi partiyalar arasında razılaşma yolu ilə qurula bilməsi, hər bir partiyaya ayrılan portfel sayının müəyyənləşdirilməsi və s. ibarətdir. Doqquz siyasi partiya var, mühümləri Müsavat, Əhrar və İttihaddır. Birincisi, ifrat solçu, millətçidir, bu partiyanı mühafizəkar, pullu millətçi qurum kimi səciyyələndirilə bilər. O, parlamentdə ən güclü partiyadır, lakin həmişə digər partiyalarla ittifaqda səs çoxluğu əldə etdiyindən kifayət qədər güclü deyil. Müsavat təcavüzkardır və onun təşviqatçıları, Ermənistandakı Daşnaksütyun kimi, Ermənistan-Azərbaycan qarşılıqlı nifrətini inkişaf etdirmək üçün çox işlər görüblər. Əhrarın bütün üzvləri, sünni-müsəlman olmaqla, ilk növbədə, dini mənşəli yeni bir partiyadır. Siyasətdə isə dini mənsubiyyəti yerli maraqlara tabe edir, üzvləri təmsil etdikləri bölgələri dəstəkləyirlər. İttihad açıq şəkildə panislamist partiyadır, birbaşa Türkiyə təsirinin məhsuludur. Millətçidir və öz sıralarında müxtəlif siyasi avantüristləri birləşdirir. Bundan başqa, həmin partiyaların korrupsiyalaşmış siyasətində iştirak etmək istəməyən tərəfsiz, vicdanlı vətənpərvərlər qrupu var. Tatarlar müsəlmandır, bunların təqribən dörddə üçünü, farslar kimi, şiə, qalanı sünnilərdir. Sünni azlığı böyük torpaq sahiblərini ehtiva edir. Bu da tatarların iranpərəst deyil, türkpərəst olduğunu izah edir. Əksəriyyəti heyvandarlıqla dolanır, çalışqan, inadkar və etibarlıdırlar. Onların arasında praktik olaraq savadlı bir zümrə yoxdur, siyasi təcrübəsi və qabiliyyəti olmayan insanlardır. Azərbaycanlılar özlərini müstəqil şəkildə idarə etmək üçün üç Qafqaz respublikası arasında ən az qabiliyyətlidir. Türkpərəst və panislamçı fikirlərə bələniblər, öz siyasi əhəmiyyətləri və mümkün liderlikləri barədə şişirdilmiş konsepsiyalara sahibdirlər. Keçmişdə əcnəbilərə qarşı dözümlü olsalar da, bütün müsəlmanlar kimi, əcnəbiləri bəyənmir və onlara etimad göstərmirlər. Bu düşmən hiss neft sənayesi ilə əlaqəli ticari məsələlərin rəngini qatılaşdırır. Baş nazirlə söhbətimdə missiyamın ABŞ-ın böyük neft maraqlarını heç bir şəkildə təmsil etmədiyi bildirdim. Bolşevik təsiri Azərbaycan, xüsusən də Bakının neft bölgəsində çox güclüdür. Bununla yanaşı, məhsullar baxımından bu ölkə yeni Cənubi Qafqaz hökumət arasında özünü daha çox təmin edir və neft gəlirləri ilə hər şeyin öhdəsindən təkbaşına gəlməyə qadirdir”. (Yenisabah.az) Geri dön |