Ana Sayfa > Karusel / Gündəm > “O mesajı Cəmilə yaza bilməz” - İtkin qadının bacısı

“O mesajı Cəmilə yaza bilməz” - İtkin qadının bacısı


6-04-2021, 17:00. Yazar: Admin

 

“O mesajı Cəmilə yaza bilməz”

 

“Bacım 6 gündür ki, itkin düşüb. İtkin düşəndən sonra Xırdalandakı polis bölməsinə də müraciət etmişik. Ancaq bu günə kimi bizə məlumat verən yoxdur”. 

Qarabaginfo.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında itkin düşən Əliyeva Cəmilə Tehran qızının bacısı Elnarə Arı deyib. O qeyd edib ki, bacısının həyat yoldaşının iddiasına görə, Cəmilənin evdə olmadığını səhər saatlarında görüb: “Xırdalanda 28 May küçəsində kirayə qalırdılar. Bacımın 30 yaşı var, 11 ildir ki, evlidirlər. Bir oğlu var. Hazırda oğlu bizimlə qalır. Heç vaxt belə halla rastlaşmamışıq. Cəmilənin həyat yoldaşıyla tez-tez davaları olurdu. Əsasən davalar ev və işsizlik məsələlərinə görə baş verirdi. Bacım işləmirdi”.  

Bacının iddiasına görə, polisə ərizə ilə müraciət etsələr də, məsələyə biganəliklə yanaşılır: “İtəndən sonra bibim qızına bir mesaj gəlib. Yazılıb ki, “məni axtarmayın”. Ancaq o mesaj Cəmilənin yazı stili deyil. Çox savadsızcasına yazılıb. Onun telefonunu yoldaşı evdən çıxmadan bir gün əvvəl sındırıb. Bizə də qaranlıq qalan odur ki, mesajı həmin nömrədən həqiqətən Cəmilə yazıb, yoxsa yox. Amma gələn mesaj onun mesajı ola bilməz. Hazırda onun nömrəsinə zəng çatmır”.

C. Əliyevanı görənlərdən aşağıdakı nömrəylə əlaqə saxlamaları xahiş edilir:

(055) 728 57 92 

Günel Türksoy

 


 


Geri dön