Ana Sayfa > Karusel / Gündəm > Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir

Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir


6-04-2021, 15:49. Yazar: Admin

 

Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın bir qrup əməkdaşı Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun dəvəti əsasında həmin ölkədə rəsmi səfərdədir.

Qarabaginfo.az xəbər verir kİ, səfərin məqsədi iki qurum arasında əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsi aparılmasından ibarətdir.

Ombudsman Səbinə Əliyeva səfərin ilk günü Anıtqəbirdə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib, onun xatirəsinə öz ehtiramını bildirib.

Səfər çərçivəsində Ombudsman Səbinə Əliyeva Türkiyə Ombudsman institutunda olub, təsisatın fəaliyyəti, şikayətlərin icraatı prosesi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi istiqamətində görülən işlərlə yaxından tanış olub.

Daha sonra Azərbaycan Ombudsmanı Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç birgə mətbuat konfransı keçiriblər.

Ombudsman Səbinə Əliyeva Azərbaycan və Türkiyə xalqları arasında dərin tarixi köklərə malik əlaqələrin daim inkişafda olduğunu bildirib. Ombudsman, həmçinin beynəlxalq səviyyədə ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsində qardaş Türkiyənin göstərdiyi səylərdən danışıb, Azərbaycan xalqının Türkiyənin Vətən müharibəsi dövründə ölkəmizə siyasi və mənəvi dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib. Ombudsman Səbinə Əliyeva dəvəti əsasında ölkəmizdə səfərdə olmuş Şərəf Malkoçla birgə Gəncə şəhərində müharibə dövründə Ermənistan tərəfindən terrora məruz qalmış yaşayış məntəqələrində həyata keçirilən faktaraşdırıcı missiya və həmin səfərin yekununda Türkiyə Ombudsman İnstitutunun hazırladığı hesabatın əhəmiyyətini qeyd edib.

Ombudsman Səbinə Əliyeva çıxışında iki ölkənin ombudsman təsisatlarının qarşılıqlı əməkdaşlığı, İƏT Ombudsmanlar Assosiasiyasına üzv ölkələr qismində hər iki qurumun əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlim-seminarlar barədə məlumat verib. Bununla yanaşı, Səbinə Əliyeva Türkdilli Ölkələrin Ombudsmanlar Şəbəkəsinin yaradılması təklifi ilə bağlı fikirlərini bildirib.

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç çıxışında torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmiş 44 günlük müharibə dövründə Azərbaycana səfəri zamanı Ermənistan tərəfindən raket hücumları ilə mülki şəxslərin hədəfə alınmasının, insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktların şahidi olduqlarını bildirib.

Səfər çərçivəsində Azərbaycan Ombudsmanının Türkiyənin bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.


Geri dön