Rusiya XİN başçısı Sergey Lavrov ABŞ-ın Donbas məsələsi barədə mövqeyini şərh edib.
Qarabaginfo.az "Unikal.org"a istinadən xəbər verir ki, Lavrov ABŞ-ın rəsmi Kiyevin məsələyə yanaşması barədə mövqeyini məyusedici adlandırıb.
"Ukrayna hakimiyyətinin mövqeyi barədə çoxlu analitik materiallar və reportajlar ola bilər. Biz bu barədə avroplaı həmkarlarımızla da müzakirələr aparırıq", - deyə Lavrov əlavə edib.
Rusiya XİN başçısı həmçinin Rusiyanın Çinlə hərbi ittifaq yaratmaq planları barədə deyilənləri təkzib edib.