Ana Sayfa > Karusel / Hadisə > Dövlət Komitəsi Neftçalada azyaşlıya təcavüz faktını araşdırır

Dövlət Komitəsi Neftçalada azyaşlıya təcavüz faktını araşdırır


5-04-2021, 19:44. Yazar: Admin

Dövlət Komitəsi Neftçalada azyaşlıya təcavüz faktını araşdırır

Ailə, Qadın və Uşaq Poroblemləri üzrə Dövlət Komitəsi Neftçala rayonunda yetkinlik yaşına çatmayana qarşı baş vermiş zorakılıq hadisəsi ilə bağlı araşdırma aparır.

Məlumata görə, 4 aprel 2021-ci il tarixində sosial şəbəkələrdə Neftçala rayonunun 9-cu sinif şagirdinin zorakılığa məruz qaldığı barədə məlumat yayılıb. Hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Poroblemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal araşdırma aparılıb.

Komitə tərəfindən Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edilərək ətraflı məlumat alınıb və lazımi tədbirlər görülməsi istiqamətində işə başlanılıb.

Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) nümayəndələri Neftçala Rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun üzvləri ilə birlikdə yetkinlik yaşına çatmayanın ailəsi ilə görüşüb, onların sosial-psixoloji vəziyyəti qiymətləndirilib.

Hazırda digər dövlət qurumları ilə əlaqəli şəkildə iş aparılır və yeniyetmənin vəziyyəti nəzərə alınaraq lazımi tədbirlər həyata keçiriləcək.


Geri dön