Ana Sayfa > Karusel / Cəmiyyət > Yaxın günlərdə jurnalistlərin vaksinasiyasının mexanizmləri açıqlanacaq
Yaxın günlərdə jurnalistlərin vaksinasiyasının mexanizmləri açıqlanacaq5-04-2021, 15:48. Yazar: Admin |
Azərbaycan Mətbuat Şurası üzv olduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyasında (World Association of Press Councils (WAPC) jurnalistlərin ayrı-ayrı ölkələrin nəzərdə tutduqları qrafikdən kənar vaksinasiyası ilə bağlı məsələ qaldırıb. Qarabaginfo.az xəbər verir ki, məlumatı Mətbuat Şuras yayıb Bildirilib ki, təşəbbüs assosiasiyanın digər üzv təşkilatları tərəfindən müsbət qarşılanıb: "Qurum bununla bağlı dünya ölkələrinin hökumətlərinə müraciət ünvanlayıb. Qeyd olunub ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası bütün bunların nəzərə alınmasının vacibliyini vurğulayıb, yerli hökumətləri jurnalistlərin “COVID-19” əleyhinə peyvənd olunmaları üçün müvafiq tədbirlər görməyə çağırıb. "Azərbaycan Mətbuat Şurasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə əldə etdiyi razılığa əsasən kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Bununla bağlı mexanizm yaxın günlərdə açıqlanacaq", - məlumatda bildirilib. Geri dön |