Ana Sayfa > Karusel / Hadisə > İsmayıllıya dolu və qar yağıb - FOTO
İsmayıllıya dolu və qar yağıb - FOTO3-04-2021, 23:26. Yazar: Admin |
Bu gün axşam saatlarında İsmayıllı rayonu ərazisinə dolu yağıb. Yağıntı sonradan qar və yağışa çevrilib. Qarabaginfo.az xəbər verir ki, təxminən fındıq boyda olan dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda hərəkət edən avtomobillər qısa müddət ərzində dayanıb. Bir sira kəndlərdə elektrik enerjisinin verilişi dayanıb. Dağlardan gələn sel suları və lil İsmayıllı-Lahıc yoluna tökülüb, nəqliyyatın hərəkəti çətinləşib. Hazırda rayonun kəndlərində yağmurlu hava davam edir. Yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib, İsmayıllı-Lahıc və Muğanlı-İsmayıllı-Qəbələ yolunun təmizlənməsi üçün tədbirlər görülür. Ən çox yağıntı rayonun İstisu kəndi ərazisinə düşüb. Doludan sonra kəndə qar yağıb. (APA) Geri dön |