Rusiyanın Primorsk diyarında yoxa çıxan balıqçı gəmisinin axtarışına iki sahil mühafizəsi gəmisi və iki vertolyot cəlb edilib.
"Qarabaginfo" "Apa.az"a istinadən verdiyi xəbərə görə, gəmidə Rusiya vətəndaşları ilə yanaşı, əcnəbilərin olduğu da deyilir. İtkin düşənlərin arasında azərbaycanlılar da var.
Hazırda axtarışlar davam etdirilir.
Gəminin axtarışına sahil mühafizəsinin gəmiləri cəlb edilib.