Ana Sayfa > Karusel / Sosial > Teleqüllənin yaxınlığında yaşayan sakinlərin köçürülməsi üçün sığınacaqlar yaradılıb

Teleqüllənin yaxınlığında yaşayan sakinlərin köçürülməsi üçün sığınacaqlar yaradılıb


24-01-2018, 19:26. Yazar: Admin

 

telequllenin yaxinliginda yasayan sakinlerin kocurulmesi ucun siginacaqlar yaradilib

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib.


"Qarabaginfo"  xəbər verir ki, bu barədə "Apa.az"a İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər. 


Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub. 


Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb.


Ərazi polis nəzarətinə götürülüb. 


Geri dön