Ana Sayfa > Karusel / Gündəm > TN: Bağçalarda tədrislə bağlı yerli icra hakimiyyətləri qərar qəbul edəcəklər

TN: Bağçalarda tədrislə bağlı yerli icra hakimiyyətləri qərar qəbul edəcəklər


1-04-2021, 17:02. Yazar: Admin

 

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu universitet və bağçalarda tədrisin əyani formada davam edib-etməyəcəyi məsələsini şərh edib.

Qarabaginfo.az-ın məlumatına görə, şöbə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, Təhsil Nazirliyi Kollegiyasının bugünkü qərarı yalnız ümumtəhsil müəssisələrini əhatə edir: "Bildiyiniz kimi, ali təhsil müəssisələrində tədris distant formada davam edirdi, əyani dərslərə başlanılmamışdı. O ki, qaldı məktəbəqədər təhsil müəssisələrinə, bu müəssisələr yerli icra hakimiyyəti orqanlarına tabedir. Həmin icra hakimiyyətləri vəziyyəti təhlil edərək müvafiq qərar qəbul edəcəklər

Xəbərlər - Azərbaycan Respublikası Təhsil Nazirliyi


Geri dön