Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Təhsil Nazirliyi: 5 şəhər və rayonda əyani dərslərin bağlanması qərarı universitetlərə aid deyil
Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Təhsil Nazirliyi: 5 şəhər və rayonda əyani dərslərin bağlanması qərarı universitetlərə aid deyil

Təhsil Nazirliyi: 5 şəhər və rayonda əyani dərslərin bağlanması qərarı universitetlərə aid deyil


1-04-2021, 15:44. Yazar: Admin

 

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Qərarın ali təhsil müəssisələrinə aid olub-olmadığı məsələsinə gəldikdə isə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, bu qərar universitetlərə şamil edilmir, yalnız ümumtəhsil müəssisələrinə aiddir. 

Xəbərlər - Azərbaycan Respublikası Təhsil Nazirliyi


Geri dön