Ana Sayfa > Karusel / Gündəm > Çin Azərbaycana təmənnasız 150 min doza vaksin göndərəcək”

Çin Azərbaycana təmənnasız 150 min doza vaksin göndərəcək”


1-04-2021, 15:01. Yazar: Admin

“Çin Azərbaycana təmənnasız 150 min doza vaksin göndərəcək”

 

“Çin hökuməti yaxın zamanda təmənnasız olaraq Azərbaycana 150 min doza vaksin göndərəcək”.

Qarabaginfo.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Qo Min Çindən gətirilən peyvəndlərin qarşılanması zamanı çıxışında bildirib.

O qeyd edib ki, bu gün Çindən Azərbaycana gətirilən ilk vaksin partiyasının qarşılama mərasimi keçirilib. Bu, iki ölkə arasında ənənəvi dostluğu və Çin xalqının Azərbaycana bəslədiyi rəğbəti göstərir. 

“Pandemiyanın başlamasından etibarən Çin və Azərbaycan mövcud çətinlikləri birlikdə aşıb, bir-birlərinə böyük yardım göstərib və əhəmiyyətli təcrübəni bölüşüblər. Bildiyiniz kimi, hazırda bütün dünyada pandemiya yayılmaqdadır. Çətinliklərin aradan qaldırılması və pandemiyanı birdəfəlik bitirmək istiqamətində Azərbaycan hökumətinə əhəmiyyətli yardım göstərmək üçün Çin hökuməti yaxın zamanda təmənnasız olaraq 150 min doza göndərəcək”, - deyə səfir qeyd edib.


Geri dön