Ana Sayfa > Karusel / Gündəm > Bakıda 25 yaşlı qız özünü 6-cı mərtəbədən atdı
Bakıda 25 yaşlı qız özünü 6-cı mərtəbədən atdı1-04-2021, 13:14. Yazar: Admin |
Pirallahı rayonunda intihara cəhd hadisəsi baş verib. Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində yaşayan 1996-ci il təvəllüdlü Zeynalova Fatimə Yusif qızı binanın 6-cı mərtəbəsində yataq otağının pəncərəsindən özünü yerə atıb. O, təcili tibbi yardım xidmətinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, F.Zeynalovanın vəziyyəti ağırdır. Faktla bağlı hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən araşdırma aparılır. Geri dön |