Ana Sayfa > Karusel / Gündəm > Erməni general Qarabağdakı rus sülhməramlılarının komandirilə “əsirləri” müzakirə etdi

Erməni general Qarabağdakı rus sülhməramlılarının komandirilə “əsirləri” müzakirə etdi


1-04-2021, 13:10. Yazar: Admin

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan Dağlıq Qarabağın münaqişəsi zonasında yerləşən Rusiya sülhməramlının komandiri, general-leytenant Rüstəm Muradovu qəbul edib.

Qarabaginfo.az Ermənistam mediasına istinadən xəbər verir ki, görüş zamanı təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə edilib, erməni əsirlərin geri qaytarılmasının və itkin düşmüş şəxslərin axtarılmasının vacibliyi vurğulanıb.

Baş Qərargah rəisi Rusiya sülhməramlı kontingentinin səmərəli fəaliyyətinə görə Rüstəm Muradova təşəkkür edib.
(Modern.az)


Geri dön