Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan 26 il çalışdı və bizi faciəyə sürüdü – Sərkisyan

Azərbaycan 26 il çalışdı və bizi faciəyə sürüdü – Sərkisyan


1-04-2021, 10:34. Yazar: Admin

Sosial şəbəkələrdə tez-tez hücumlara məruz qalıram.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sərkisyan “Aravot.am”a müsahibəsində deyib. O, ölkədə baş verən prosesləri izlədikdən sonra iki Ermənistanın olduğu təəssüratının yarandığını bildirib:

“Birinci Ermənistan özünün çoxsaylı problemləri, yoxsulluğu, böhranı olan real ölkədir. İkinci Ermənistan teleserialı xatırladan “Feysbuk Ermənistanıdır”. Hər gün insanlar uğurlu və ya yoxsul olmalarına rəğmən bu seriala baxırlar”.

Sərkisyan özünün neft maqnatı, Britaniya nümayəndəsi olmasıyla bağlı iddiaların konspirologiya olduğunu bildirib. Ermənistan prezidenti ölkəsinin genişmiqyaslı böhranda olduğunu və bunun bütün sferalarda hiss edildiyini söyləyib:

“Bu, iqtisadiyyata, səhiyyə sisteminə, mənəvi-psixoloji atmosfera və digərlərin aiddir. Bu böhrandan çıxmaq üçün səhvlər üzərində işləmək lazımdır. İnkişaf strategiyası səhvlərin və çatışmazlıqların obyektiv dəyərləndirilməsini tələb edir. İstənilən ölkə bu yolu keçməlidir.

Hətta bizim düşmənimiz belə bu yolu keçib. Birinci müharibədə məğlubiyyətdən sonra onlar öz üstünlüklərinin təbii resurslar – neft, qaz, Xəzər dənizi və Mərkəzi Asiyadan olan enerji daşıyıcılarının Avropaya daşınması üçün enerji koridoru statusu, Türkiyə ilə münasibətlər olduğunu dəyərləndirdilər. Bu faktorları üstünlük kimi istifadə edərək, onlar 26 il ərzində bizi ağrılı və faciəvi situasiyaya gətirib çıxardılar”

 


Geri dön