Ana Sayfa > Karusel / Qarabağ > A Nazir: “Vaqifin Şuşadakı məqbərəsinin bərpası yay aylarında başa çatacaq”

A Nazir: “Vaqifin Şuşadakı məqbərəsinin bərpası yay aylarında başa çatacaq”


31-03-2021, 16:07. Yazar: Admin

 

Aнар Керимов: Начались серьезные реформы в области культуры | Report.az

“Zəfər Muzeyi möhtəşəm kompleks muzey olacaq”.

Qarabaqinfo.az-ın xəbərinə görə, bu barədə Qubada jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib. Onun sözlərinə görə, muzeyin inşasına layihə hazır olandan və təsdiq olunandan sonra başlanılacaq. O bildirib ki, bu, dünyada unikal bir yer olacaq.

  1. Kərimov Ağdamda açıq səma altında işğal muzeyinin inşasının nəzərdə tutulduğunu və prosesə beynəlxalq ekspertlərin də cəlb olunduğunu deyib: “Məqsəd ondan ibarətdir ki, insanlar bu dağıntılarının miqyasını və erməni vəhşiliklərini, xislətini görə bilsinlər”.

Nazir bildirib ki, bu il Şuşada Xarı Bülbül festivalının da keçirilməsi nəzərdə tutulub.

O bildirib ki, Prezidentin sərəncamı ilə Şuşada Vaqifin məqbərəsinin də bərpa işlərinə başlanılıb və yay aylarında bu proses başa çatacaq.


Geri dön