Ana Sayfa > Karusel / Gündəm > Zaqatalada evdə məclis təşkil edənlər məsuliyyətə cəlb olunub - FOTO

Zaqatalada evdə məclis təşkil edənlər məsuliyyətə cəlb olunub - FOTO


31-03-2021, 12:15. Yazar: Admin

Zaqatalada evdə məclis təşkil edənlər məsuliyyətə cəlb olunub - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər zamanı Əliabad qəsəbəsindəki fərdi yaşayış evində yığıncaq təşkil olunduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, polislər tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb və məclisi təşkil edən 5 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


Geri dön