Ana Sayfa > Karusel / Gündəm > Ceyhun Bayramov: "Ermənistanın cəzasızlığına son qoyulmalıdır"

Ceyhun Bayramov: "Ermənistanın cəzasızlığına son qoyulmalıdır"


31-03-2021, 11:29. Yazar: Admin
title

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tvitterdə paylaşım edib.

Qarabaginfo.az xəbər verir ki, XİN başçısı bildirib:

“Mart qırğınının qurbanlarını xatırlayaraq bu günədək azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətini, insanlığa qarşı cinayətləri və Ermənistanın tərəfindən gerçəkləşdirilən etnik təmizləməni pisləyirik və bu cür qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasız qalmasının dayandırılmasının vacibliyini bir daha vurğulayırıq”.


Geri dön