Ana Sayfa > Karusel / Gündəm > "Hər kəs Putinin Qarabağdakı müharibəni bitirməkdə şəxsi rolunu xatırlamalıdır" - Peskov

"Hər kəs Putinin Qarabağdakı müharibəni bitirməkdə şəxsi rolunu xatırlamalıdır" - Peskov


30-03-2021, 11:04. Yazar: Admin
title

“Rusiya prezidenti Vladimir Putinin Qarabağdakı müharibənin bitməsindəki şəxsi rolunu hər kəs xatırlamalıdır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Arqumentlər və Faktlar" qəzetinə verdiyi müsahibəsində danışıb.

“Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan mükəmməl, etibarlı münasibətlərimiz var. Qarşılıqlı maraq kəsb edən çox ortaq sahəmiz ola bilər. Ermənistanla da tarixən yaxşı münasibətlərimiz olub. Qarabağda baş verənlərə gəldikdə ... Yəqin ki, hər kəs Putinin müharibəni bitirməkdəki şəxsi rolunu xatırlamalıdır", - Peskov bildirib.


Geri dön