Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan və İran XİN başçıları Düşənbədə görüşüb

Azərbaycan və İran XİN başçıları Düşənbədə görüşüb


30-03-2021, 10:44. Yazar: Admin

Azərbaycan və İran XİN başçıları Düşənbədə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif Düşənbədə görüşüblər.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə İran hökumətinin "Twitter"dəki rəsmi hesabında məlumat verilib.

Bildirilib ki, görüş “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində baş tutub.

Görüşdə XİN başçıları Qafqaz regionunda son vəziyyət, Xəzər dənizində qarşılıqlı əməkdaşlıq, iqtisadi və siyasi sahələrdə digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.


Geri dön