Ana Sayfa > Karusel / Gündəm > Nazirlik 250-yə yaxın Vətən Müharibəsi iştirakçısına əlillik təyin etdi
Nazirlik 250-yə yaxın Vətən Müharibəsi iştirakçısına əlillik təyin etdi30-03-2021, 10:31. Yazar: Admin |
İndiyədək Vətən Müharibəsində iştirak etmiş, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının yekun şəhadətnaməsi olan 250-yə yaxın hərbçiyə müvafiq əlillik dərəcəsi təyin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Qarabaginfo.az-a bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların əlilliklərinin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə təyin edilməsi məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya tərəfindən müvafiq işlər davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İşçi qrupu Komissiyanın digər üzvləri ilə birgə (müdafiə və səhiyyə nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) paytaxt və regionlar üzrə yaralanmış hərbçilərin səyyar formada əyani müayinələrini həyata keçirir.
Müayinələrin nəticələrinə dair aktlar tərtib edilir, hər bir müayinə prosesinin foto və videogörüntüləri toplanır.
Hərbi qulluqçuların xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə müdafiə və ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr təqdim olunur. Bundan sonra Səhiyyə Nazirliyinin və digər aidiyyəti qurumların tibb müəssisələri tərəfindən göndəriş elektron sistemə daxil edilir.
Yekun mərhələ olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin göndərişlərə çevik şəkildə baxılaraq əlilliyin qanunverciliyə uyğun operativ qiymətləndirilməsi həyata keçirilir.
Əlillik təyinatları aparılmış hərbi qulluqçulara sosial ödənişlərin təyinatı da proaktiv şəkildə, elektron sistem üzərində aparılır. Geri dön |