Ana Sayfa > Karusel / Təhsil > Qazaxda 6 məktəb koronavirusa görə bağlanıb, bir direktor rəhmətə gedib
Qazaxda 6 məktəb koronavirusa görə bağlanıb, bir direktor rəhmətə gedib29-03-2021, 12:08. Yazar: Admin |
Qazaxda 6 orta məktəb koronavirusa görə bağlanıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Qazax Şəhər Təhsil Şöbəsindən bildirilib. Rayonun 6 məktəbində COVİD-19 infeksiyasına yoluxmalar təsdiq olunub. Məktəblərdə müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslərin iki həftəlik distant davam etdirilməsi qərara alınıb. Bundan əlavə, Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru, 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov COVID-19-dan vəfat edib. Hazırda onun yerinə təyinat yoxdur. Qeyd edək ki, ötən gün Gəncə şəhəri 13 nömrəli məktəbin direktoru Hüsnay Mövlayeva da koronavirusun qurbanı olub. Geri dön |