Ana Sayfa > Karusel / Gündəm > “Ever Given” dayazlıqdan çıxarıldı

“Ever Given” dayazlıqdan çıxarıldı


29-03-2021, 10:26. Yazar: Admin

“Ever Given” dayazlıqdan çıxarıldı

 

Süveyş kanalını bağlayan “Ever Given” konteyner gəmisi dayazlıqdan çıxarılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə dəniz xidmətləri təminatçısı “Inchcape Shipping” məlumat yayıb: “Ever Given” yerli vaxtla saat 04:30 radələrində müvəffəqiyyətlə dənizdən çıxarılıb”.

“Bloomberg” nəşrinin məlumatına görə, kanalın hərəkətə nə vaxt açılacağı hələlik məlum deyil. Hazırda növbədə 450-dən çox müxtəlif gəminin olduğu bildirilib.

Xatırladaq ki, Çindən Niderlanda yola düşən 400 metr uzunluğa sahib “Ever Given” konteyner gəmisi martın 23-də Süveyş kanalında saya oturub.

Qeyd edək ki, Süveyş kanalı uzunluğu 160 km, eni 250 m-ə və dərinliyi 20 m-ə qədər olmaqla dünyanın ən fəal istifadə olunan dəniz ticarət yollarından biridir.

 

 


Geri dön