Ana Sayfa > Karusel / Qarabağ > Azərbaycan və Ermənistan 1975-ci ilin sərhədlərinə qayıtdı

Azərbaycan və Ermənistan 1975-ci ilin sərhədlərinə qayıtdı


27-03-2021, 19:28. Yazar: Admin

Azərbaycan və Ermənistan sərhədində sərhəd postları 1970-ci illərin sovet hərbi xəritələri əsasında müəyyən edilib. Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib. 

“Sərhəd postlarının yerləşdirilməsi 1975-1976-cı illərin hərbi xəritələrinin məntiqi çərçivəsində həyata keçirilir. Bu, sərhədlərin son delimitasiyası və demarkasiyası üçün müvəqqəti bir yerləşdirmədir. Bunun üçün isə ikitərəfli münasibətlər olmalıdır”, - Avinyan “Azadlıq” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi uzunmüddətli prosesdir.

“Biz bu prosesi Gürcüstanla indiyə qədər başa çatdırmamışıq. Ancaq bu proses gec-tez bütün qonşularımızla getməlidir”, - Avinyan qeyd edib. (virtualaz.org)


Geri dön