Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 1690 nəfər COVID-19-a yoluxub, 713 nəfər sağalıb, 19 nəfər vəfat edib

Azərbaycanda son sutkada 1690 nəfər COVID-19-a yoluxub, 713 nəfər sağalıb, 19 nəfər vəfat edib


27-03-2021, 19:02. Yazar: Admin

 Azərbaycanda son sutkada 1690 nəfər COVID-19-a yoluxub, 713 nəfər sağalıb, 19 nəfər vəfat edib 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 254 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 235 606 nəfər müalicə olunaraq sağalıb, 3 464 nəfər vəfat edib, aktiv xəstə sayı 15 300 nəfərdir.

İndiyədək ölkədə 2 826 454, son sutkada isə 9 670 test aparılıb.


Geri dön