Ana Sayfa > Karusel / Qarabağ > Laçından gediş-gəlişlərinə şərait yaratdığımıza görə Ermənistandan rəsmi “təşəkkür” də gəldi...
Laçından gediş-gəlişlərinə şərait yaratdığımıza görə Ermənistandan rəsmi “təşəkkür” də gəldi...27-03-2021, 13:01. Yazar: Admin |
“Azərbaycan Laçın dəhlizi ilə Dağlıq Qarabağa humanitar yardımın çatdırılmasına mane olur”.
Qarabaginfo.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, bunu insan haqları(?) üzrə Ermənistan-AB Dialoqunun onlayn keçirilmiş 11-ci iclasında qəsbkar ölkənin Xarici İşlər nazirinin müavini Avet Adonts söyləyib.
İclasa aidiyyəti qurumların nümayəndələri və Ermənistanın üzdəniraq ombudsmanı Arman Tatoyanla yanaşı, AB-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi Eymon Gilmor də qatılıb.
P.S. Bu, Ermənistan hökumətinin 5 aya yaxındır nəinki Laçın dəhlizini, eyni zamanda işğalçı ölkə ilə sərhəd-keçid məntəqəsini də Rusiyanın nəzarətinə verməklə ermənilərin Qarabağa faktiki olaraq maneəsiz gediş-gəlişinə şərait yaratmağımıza görə özünəməxsus təşəkkürüdür...
(Moderator.az)
Geri dön |