Ana Sayfa > Karusel / Gündəm > Tovuzda maşın aşıb, dörd nəfər xəsarət alıb

Tovuzda maşın aşıb, dörd nəfər xəsarət alıb


26-03-2021, 15:58. Yazar: Admin

Tovuzda maşın aşıb, dörd nəfər xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai Tucson” markalı minik maşını yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində maşında olan 4 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.


Geri dön