Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan XİN: İşğaldan azad olunmuş ərazilərə missiya göndərilməsi üçün YUNESKO ilə konstruktiv dialoq aparılır
Azərbaycan XİN: İşğaldan azad olunmuş ərazilərə missiya göndərilməsi üçün YUNESKO ilə konstruktiv dialoq aparılır26-03-2021, 14:01. Yazar: Admin |
“Azərbaycan işğaldan azad olunmuş ərazilərində törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir”. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin şərhində bildirilir. Şərhdə qeyd olunur ki, bu xüsusda YUNESKO ilə konstruktiv dialoq aparılır: “Ümid edirik ki, bu missiya tezliklə baş tutacaq. Azərbaycan Respublikası azad edilmiş ərazilərində tarixi, mədəni və dini irsin qorunması və saxlanması üzrə beynəlxalq öhdəliyinə sadiq qalır”. Geri dön |