Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb

Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb


26-03-2021, 12:41. Yazar: Admin

Ölkəmizdə vaksin olunanların sayı 500 mini keçdi

Martın 25-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 19 427 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 510 420 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.


Geri dön