Ana Sayfa > Karusel > Dövlət televiziyasında “Azərbaycan Mədəniyyəti”sosial platforması haqqında danışılıb
Dövlət televiziyasında “Azərbaycan Mədəniyyəti”sosial platforması haqqında danışılıb26-03-2021, 12:05. Yazar: Admin |
“Azərbaycan Mədəniyyəti”sosial platformasının əməkdaşlarından- platformanın Mətbuat Rəhbəri Fidan Oruc Əliyeva ,Təşkilatı işlər üzrə rəhbər Ümidə Kəngərli və platformanın solisti ,musiqi üzrə əməkdaşı Ruhəngiz Musayeva Azərbaycan Dövlət Televiziyasında yayimlanan Tele Səhər proqraminda qonag olub. İlk olaraq layihənin mətbuat rəhbəri olan Fidan xanım ümumi şəkildə platformada könüllü gənclərin aktiv fəaliyyətindən, şəbəkə üzrə adminlərin gün ərzində məlumatlandıcı post paylaşımları hansı saatlarda və nə şəkildə etdiyindən geniş şəkildə məlumat vermişdir. Mətbuat rəhbəri,dövlət başçımızın mədəniyyətimizə,incəsənətimizə, muğama qayğısını qeyd etmiş,platformanın məqsəd və məramları çərçivəsində məhz prezidentimizin siyaseti yolunda müsəlləf bir əsgər kimi onun ətrafinda yumruq təki sıx birləşərək Azərbaycanın Mədəniyyətini, onun milli mənəvi dəyərlərini,soy kökünü təbliğ etmək və sosial şəbəkələr vasitəsilə daha geniş kütləyə çatdirmaqla bərabər eyni zamanda gənc nəsillərə milli ruhu,vətənpərliyi aşılamaqlarını xüsusilə qeyd etmişdir. Təşkilati işlər üzrə rəhbər Ümidə xanım isə pandemiya şeraitində belə boş dayanmadıqlarını, online şəkildə zoom konfranslar,görüşlər,tədbirlər keçirdiklərini, Fidan xanım aparıcının sualına cavab olaraq platformanın ən çox diqqət çəkən,baxılan paylaşımları sırasında Cənab Prezident İlham Əliyevin 30 ilə yaxın bir müddətdən sonra işğaldan azad olmuş torpaqlarımızda zəfər abu havalı Novruz tonqalı qalaması videosunun yerli qruplarimizla yanaşı,xarici qruplarımızdakı izləyicilər,gənclər arasında necə böyük maraq doğurduğunu qürur hissiylə xusüsilə vurğulamışdır.
Geri dön |