Ana Sayfa > Karusel / Gündəm > Pandemiyanın qlobal iqtisadiyyata vurduğu zərərin həcmi açıqlanıb

Pandemiyanın qlobal iqtisadiyyata vurduğu zərərin həcmi açıqlanıb


26-03-2021, 11:57. Yazar: Admin

Pandemiyanın qlobal iqtisadiyyata vurduğu zərərin həcmi açıqlanıb

Koronavirus pandemiyasının qlobal iqtisadiyyata vurduğu zərər 3,5 trln. ABŞ dollarını üstələyir.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə RİA "Novosti"yə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Onun sözlərinə görə, bu, 2008-ci ilin böhranının vurduğu zərərdən iki dəfə çoxdur.

"COVID-19 pandemiyası, şübhəsiz, XXI əsrin ən böyük problemlərindən biri kimi tarixə düşəcək. Onun nəticələri həyatımızın bütün sahələrinə mənfi təsir göstərdi. Beynəlxalq iqtisadi münasibətlər də bundan kənarda qalmadı", - S. Verşinin vurğulayıb.

O əlavə edib ki, bütün bunlar həm milli iqtisadiyyatları, həm də beynəlxalq qurumları ciddi sınağa çəkdi.


Geri dön