Ana Sayfa > Karusel / Gündəm > Ucarda mədəniyyət evinin müdiri həbs edilib

Ucarda mədəniyyət evinin müdiri həbs edilib


26-03-2021, 11:56. Yazar: Admin

Ucarda mədəniyyət evinin müdiri həbs edilib

Ucar rayonunda mədəniyyət evinin müdiri həbs edilib.

Qarabaginfo.az-ın xəbərinə görə, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri, 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay  müddətinə həbs qətimkan tədbiri seçilib. R Hüseynov Azərbaycan Respublikasının cinayət məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, R. Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.


Geri dön