Ana Sayfa > Karusel / Gündəm > “Peyvənd edilənlər arxayın olmasınlar” - Həkimdən xəbərdarlıq
“Peyvənd edilənlər arxayın olmasınlar” - Həkimdən xəbərdarlıq26-03-2021, 10:17. Yazar: Admin |
"Covidlə bağlı vəziyyət bu dəfə daha ciddidir. Ehtiyatlı olaq". Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev öz feysbuk hesabında yazıb. Həkim sosial şəbəkə hesabında müşahidələrini və tövsiyələrini yazıb: "Koronavirus daha sürətlə yayılır. Bildiyimiz müalicələrə demək olar ki, tabe olmur. Ağciyərləri daha çox zədələyir. İldırımsürətli ağırlaşma verə bilir. Ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur". "Ən yaxşısı yoluxmamaqdır" deyən həkim bildirib ki, bunun üçün fiziki məsafə saxlamaq mütləqdir: "Açıq havada ən azı 1 metr, qapalı məkanlarda isə 1,5 metr. Maskanı cərimə olunmamaq üçün yox, qorunmaq üçün geyinək. Burun və ağız nahiyəsini tam qapayaq. Yaxşı olar ki, filtrsiz N95 maskasından istifadə edək. Əl ilə görüşməyək. Əl ilə görüşsək nə olacaq? Görüşməsək nə olacaq? Bu stereotiplərdən çıxaq. Bəziləri burnun qurtdalayır, dişlərin qurtdalayır, müxtəlif əşyalara, səthlərə əlinini vurur. Belə olmaz! Ən yaxşısı əl ilə görüşməmək, qucaqlaşmamaq, öpüşməməkdir bu aralarda... Əllərimizi tez-tez sabunlu su ilə yuyaq, ən azı 70%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya edək. Sıx toplaşmayaq və insanların sıx toplaşdığı məkanlardan uzaq duraq və digərlərini buna təşviq edək". Aydın Əliyev onu da bildirib ki, peyvənd edilənlər arxayın olmasınlar: "Peyvənd edilənlər arasında da yeni ştama yoluxub ağır keçirənlər var. Yoluxma sayı günbə-gün artır. Mən sərt karantinin əleyhinəyəm. Amma yoluxma sayı biraz da artsa sərt karantin qaçılmaz olacaq. Sərt karantin istəmiriksə qorunmalıyıq. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək".
Geri dön |