Ana Sayfa > Karusel / Dünya > Novavax Avropaya peyvənd göndərmək istəmir
Novavax Avropaya peyvənd göndərmək istəmir25-03-2021, 22:42. Yazar: Admin |
Amerikanın Novavax şirkəti yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin Avropa İttifaqına tədarükü ilə bağlı müqavilənin imzalanmasını bir neçə həftəlik təxirə salıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Reuters Aİ-dəki mənbəyə istinadən məlumat verib. “Müqavilənin imzalanması prosesi ləngidilir. Qərarın səbəbi peyvənd komponentlərinin çatışmazlığından qaynaqlanan istehsal problemləridir”-mənbə deyib. Öz növbəsində Novavax şirkətinin nümayəndəsi bildirib ki, Aİ ilə razılaşma barədə danışıqlar davam edir, lakin təfərrüatlar barədə ətraflı məlumat verməyib. (Report) Geri dön |