Ana Sayfa > Karusel / Gündəm > Ermənilərin Xankəndidə növbəti TƏXRİBATI - İrəvan və Moskva nə “oyun” çıxarır?
Ermənilərin Xankəndidə növbəti TƏXRİBATI - İrəvan və Moskva nə “oyun” çıxarır?25-03-2021, 16:29. Yazar: Admin |
“Erməni separatçıları Xankəndidə qondarma “parlament” iclası keçirib rus dilinin “ikinci dövlət dili” elan olunması haqqında “qərar” qəbul ediblər. Aydındır ki, separatçılar bu “qərarı” Moskvaya xoş gəlmək və Rusiyanın nökərçiliyini davam etdirmək üçün veriblər”. Bu sözlərin hər dəfə təkrarlanmasına, bəyanatların verilməsinə ehtiyac var ki, bunu həm İrəvanda, həm də Moskvada duysunlar!”. Siyasi təhlilçi Asif Nərimanlı deyir ki, Qarabağda separatçılar rus dilini ikinci “rəsmi dil” elan etmək üçün artıq 1 ay idi ki, hazırlaşırdılar. - Baş separatçı Araik Arutunyan bununla rusların gözünə girməyə çalışır, Vitali Balasanyanı ona alternativ kimi oynadan Moskvaya “qərarları verən mənəm” mesajı verir; - Ermənistan hakimiyyəti Bakı-Moskva xəttində gərginlik yaratmaqla 10 noyabr razılaşmasının sona qədər icrasını uzatmaq istəyir". A.Nərimanlı bu məsələdə Rusiyanın da oyun qurduğunu qeyd edib: "Moskva maraqlarına təhlükə yaranacağı təqdirdə - bölgədə mövcudluğu sual altına düşərsə - Bakı və Ankara qarşısında kartlarının sayını çoxaltmaq və istəyini almaq üçün güclü rıçaqlar formalaşdırmaq istəyir. Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında bununla bağlı bildirib: - Bu, hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz". Təhlilçi bildirib ki, rəsmi Bakının mövqeyi açıqdır. Lakin bunun bölgədə atəşkəsə qarşı təxribat olduğunu əsas götürərək, məsələni Ankara və Moskvanın masasına daşımaq lazımdır. Geri dön |