Ana Sayfa > Karusel / Gündəm > Təşkilat sədri: "İşğaldan azad olunan ərazilərdə 40-a yaxın mülki şəxs minaya düşüb"
Təşkilat sədri: "İşğaldan azad olunan ərazilərdə 40-a yaxın mülki şəxs minaya düşüb"25-03-2021, 13:00. Yazar: Admin |
“Ermənistan hərbi birləşmələrinin Azərbaycanla dövlət sərhədləri boyunca və Qarabağda törətdiyi təxribatlara cavab olaraq başlayan müharibə nəticəsində 44 gün ərzində azad edilən Azərbaycan əraziləri ciddi şəkildə mina problemi ilə üz-üzə qalıb”. Qarabaginfo.az xəbər verir ki, bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, son 4 ay ərzində 40-a yaxın mülki şəxs işğaldan azad olunmuş ərazilərə, öz dədə-baba torpaqlarına, əvvəllər yaşadıqları ərazilərə, məzarlıqlara səfər edərkən minaya düşərək həlak olub və ya ağır yaralanıblar: “Erməni tərəfi etimad mühitinin yaradılmasına adekvat münasibət sərgiləmədən, mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir”. Geri dön |