Ana Sayfa > Karusel / Gündəm > Balakəndə yas mərasimləri keçirilməsinin qarşısı alındı - Foto

Balakəndə yas mərasimləri keçirilməsinin qarşısı alındı - Foto


25-03-2021, 11:45. Yazar: Admin

 

Balakəndə yas mərasimləri keçirilməsinin qarşısı alındı

 

Balakəndə şəhərin Vidadi küçəsi və rayonun Qazma kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində yas mərasiminin təşkil edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gəlib və sanitar-karantin qaydalarının pozulduğunu aşkar ediblər. Mərasimlərin keçirilməsinin qarşısı alınıb, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.

Məclisləri təşkil edənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

 

 


Geri dön