Ana Sayfa > Karusel / Gündəm > Bakıda bayram tonqalında yanan kişi xəstəxanada ölüb
Bakıda bayram tonqalında yanan kişi xəstəxanada ölüb24-03-2021, 11:29. Yazar: Admin |
Bakıda 59 yaşlı kişi tonqalda yanaraq ölüb. Qarabaginfo.az-ın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Rayon sakini, 1962-ci il təvəllüdlü Çələbiyev Aqil Nuru oğlu martın 21-də bayram tonqalında yanıb. Ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən kişi orada ölüb. Faktla bağlı araşdırma aparılır. Geri dön |