Ana Sayfa > Karusel / Gündəm / Dünya > Putinə də peyvənd vuruldu

Putinə də peyvənd vuruldu


24-03-2021, 10:11. Yazar: Admin

 

Putinə də peyvənd vuruldu

 

Rusiya Prezidenti Vladimir Putinə koronavirusa qarşı peyvənd vurulub.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, peyvəndən sonra Putin özünü yaxşı hiss edir.

Maraqlıdır ki, Peskov Putinin hansı peyvəndən istifadə etdiyi açıqlamayıb. O bildirib ki, dövlət başçısının peyvənd olunması ilə bağlı foto və video yayılmayacaq.

“Dövlət başçısı onsuz da rus peyvəndlərinin təbliği üçün çox işlər görür”, - deyə Peskov əlavə edib. 


Geri dön