Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda bir gündə 1333 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Azərbaycanda bir gündə 1333 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib23-03-2021, 19:21. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 333 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 248 307 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233 356 nəfər müalicə olunaraq sağalıb, 3 384 nəfər vəfat edib, aktiv xəstə sayı 11 567 nəfərdir. Ölkədə son sutka ərzində 8 517, hazırkı dövrədək isə 2 790 980 test aparılıb. Geri dön |