Ana Sayfa > Karusel / İnfrastruktur > “İsfəndiyar Axundov 5 milyona 2 “Lamborghini”, 2 “Ferrari” aldı”

“İsfəndiyar Axundov 5 milyona 2 “Lamborghini”, 2 “Ferrari” aldı”


23-03-2021, 16:50. Yazar: Admin

Şərurlu İsfəndiyar Axundov: "Gəncliyim, uşaqlığım həddindən artıq ağır keçib"

 

Qarabaginfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov sualları cavablandırıb.

İ.Axundov bildirib ki, həmin bankda onun adına iki kredit olub:

“Mənim adıma 10 milyon manatlıq kredit yazılmışdı. O pulun yarısını götürdüm və kreditimi də ödədim. İşlərimi qaydasına qoydum və pula ehtiyacım olmadığı üçün qalan 5 milyonu bankdan götürmədim. Amma sonradan bu kredit üçün girov qoyduğum obyektləri qaytarmaq üçün qalan pulu da ödədim.

Ümumilikdə, banka 10 milyondan artıq pul verdim. Lakin sonradan bildim ki, əmlaklar Mərkəzi Bankda girovluqdadır, Nadir isə pulu Mərkəzi Banka ödəməyib. İndi Mərkəzi Bank da 10 milyon tələb edir. Nadirlə dost idik, yaxşı münasibətimiz var idi. Elə buna görə də onun məni aldatmasını bağışlaya bilmirəm”.

Vəkilin İsfəndiyar Axundova “Müqavilə imzalayarkən niyə baxmadınız?” sualına o,  savadsız olduğunu, həm də dostu Nadirə inandığını deyərək cavab verib.

Təqsirləndirilən Nadir İsmayılov isə İsfəndiyar Axundovun dediklərini təkzib edib:

“Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki “Lamborghini”, iki “Ferrari” aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir”.

İsfəndiyar Axundov isə üzərinə həbs qoyulan “Flaminqo” restoranının girovluqdan çıxarılmasını istəyib.


Geri dön