Ana Sayfa > Karusel / Gündəm > Bu il Azərbaycanın ABŞ-a ixracı 4 dəfədən çox artıb

Bu il Azərbaycanın ABŞ-a ixracı 4 dəfədən çox artıb


23-03-2021, 11:20. Yazar: Admin

Bu il Azərbaycanın ABŞ-a ixracı 4 dəfədən çox artıb

2021-ci il yanvar-fevral aylarında Azərbaycanın ABŞ-la apardığı ticarət mübadiləsinin həcmi 97,207 mln. dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azdır.

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, 2021-ci ilin ilk iki ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 13,243 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 4,3 dəfə çoxdur.

İdxalın həcmi isə 83,964 mln. dollara bərabər olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır.

Nəticədə, hesabat dövründə 70,721 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 3,5 dəfə azdır.


Geri dön