Ana Sayfa > Karusel / Gündəm > Erməni zəvvarlar Dadivəng və Amaras monastırlarını ziyarət ediblər

Erməni zəvvarlar Dadivəng və Amaras monastırlarını ziyarət ediblər


22-03-2021, 11:09. Yazar: Admin
title

Bir qrup erməni zəvvar Rusiya sülhməramlı kontingentinin hərbi personalının müşayiəti ilə Dadivəng (Xudavəng) monastır kompleksini ziyarət edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Əldə edilən razılaşmalar nəticəsində Azərbaycan Respublikasının hərbi qulluqçuları erməni zəvvarları rus sülhməramlılarının müşayiəti ilə kompleksin ərazisinə sərbəst buraxırlar. Təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrindən biri memarlıq kompleksinin yaxınlığında yerləşir", - məlumatda bildirilib.

Qeyd olunub ki, son iki gündə 100-dən çox zəvvar rus sülhməramlılarının müşayiəti ilə Dadivəng və Amaras monastırlarını ziyarət edib.


Geri dön