Ana Sayfa > Karusel / Gündəm > TƏBİB: Cənubi Afrika ştammının xəstəliyə təsiri dəqiqləşdirilir

TƏBİB: Cənubi Afrika ştammının xəstəliyə təsiri dəqiqləşdirilir


19-03-2021, 16:16. Yazar: Admin

TƏBİB: Cənubi Afrika ştammının xəstəliyə təsiri dəqiqləşdirilir

"Mutasiya viruslara xas olan bir şeydir. Qrip xəstəliyinə qarşı hər il yeni peyvənd istifadə olunur. Çünki qrip virusunda da tez-tez mutasiyalar baş verir. Ona görə də mutasiyanın xəstəliyə və yoluxmaya təsiri əsas məqamdır".

Qarabaginfo.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Britaniya ştammı sadəcə daha sürətli yayılma xarakterinə malikdir: “Dəqiqliklə bilirik ki, bütün dünyada yeni ştamm sürətlə yayılır. Odur ki, qabaqlayıcı tədbirlərə gedilməsi təbiidir. Cənubi Afrika ştammının da xəstəliyə təsiri məsələsi dəqiqləşdirilir”.


Geri dön