Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanlı şəxs Xankəndi xəstəxanasına aparılaraq əməliyyat olunub - Ermənistan KİV

Azərbaycanlı şəxs Xankəndi xəstəxanasına aparılaraq əməliyyat olunub - Ermənistan KİV


19-03-2021, 16:14. Yazar: Admin
title

Adı açıqlanmayan azərbaycanlı sürücü ürək tutması diaqnozu ilə Xankəndi xəstəxanasına yerləşdirilib və ona stent qoyulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, azərbaycanlı sürücü rus sülhməramlıların müşayiəti ilə Xankəndinə aparılıb və əməliyyat olunub.

Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyi şərh verməkdən imtina edib.


Geri dön