Ana Sayfa > Karusel / Gündəm > Prezidentin köməkçisi: “Yumşalmalar yoluxma sayının artmasına səbəb olub”

Prezidentin köməkçisi: “Yumşalmalar yoluxma sayının artmasına səbəb olub”


19-03-2021, 16:09. Yazar: Admin

Şahmar Mövsümov: “Növbəti brifinqdə tədrislə bağlı bütün suallara aydınlıq gətiriləcək”

“Yumşalmalar yoluxmaların sayının artmasına səbəb olub. Gündəlik yoluxmalar ümumi testlərin sayında payını artırır. Say artdıqca ölənlərin sayı da artır”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan da yumşalmalara getmişdi: “Yumşalmalar yoluxma sayının artmasına səbəb olub. Bu gözlənilən idi”.


Geri dön