Ana Sayfa > Karusel / Gündəm > İyunun 1-dək həftə sonları ictimai nəqliyyat işləməyəcək
İyunun 1-dək həftə sonları ictimai nəqliyyat işləməyəcək19-03-2021, 15:57. Yazar: Admin |
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.
Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarında bildirilib. Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək: - 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək; - 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək; - 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək; - 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək; - 1 may saat 00:00-dan 3 may saat 06:00-dək; - 8 may saat 00:00-dan 10 may saat 06:00-dək; - 15 may saat 00:00-dan 17 may saat 06:00-dək; - 22 may saat 00:00-dan 24 may saat 06:00-dək; - 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır. Geri dön |