Türk Dövlətləri Əməkdaşlıq Şurasına üzv bütün ölkələrin dövlət başçıları və bu təşkilatda müşahidəçi olan Macarıstanın Baş naziri Viktor Orban sammitdə iştiraklarını təsdiqləyiblər.
Qazaxıstan Respublikasının ilk Prezidenti – Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə bu ilin 31 mart tarixində Türküstan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ, Türk Şurası) qeyri-rəsmi zirvə görüşü keçiriləcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, TDƏŞ-ə üzv bütün ölkələrin dövlət başçıları və bu təşkilatda müşahidəçi olan Macarıstanın Baş naziri Viktor Orban sammitdə iştiraklarını təsdiqləyiblər.
Zirvə görüşünün sonunda Türküstan şəhərinin Türk dünyasının mənəvi paytaxtı elan edilməsi ilə bağlı Bəyannamənin imzalanması gözlənilir. (Turkustan.info)